Fernando Torres “Atletiko”da baş məşqçi olacaq

İdman

11.06.2024 18:40

Fernando Torres "Atletiko"nun ikinci komandasını çalışdıracaq. 

TodayPress xəbər verir ki, İspaniya millisinin sabiq hücumçusu Madrid təmsilçisinin ikinci komandasının baş məşqçisi təyin edilib.

Torres növbəti mövsümdən etibarən "Atletiko"nun B komandasında işləyəcək. Əvəzedicilərin hazırkı baş məşqçisi Luis Qarsiya Tevent isə əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, Fernando Torres daha əvvəl “Atletiko”nun 19 yaşadək futbolçulardan ibarət komandasında çalışıb.

Namiq HUN

tag: Fernando Torres, Atletiko, Madrid, Futbol, Luis Qarsiya Tevent, todaypress.az,