Fernandeş Runinin rekordunu yenilədi

İdman

16.12.2024 13:00

1053


Bruno Fernandeş “Mançester Yunayted”in tarixinə düşüb.

TodayPress xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın tarixində Premyer Liqada penaltidən ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Fernandeş sonuncu dəfə Mançester derbisində fərqlənib. Bu, onun 11 metrlik cərimə zərbəsindən 21-ci qolu olub. O, 25 dəfə penalti nöqtəsinə yaxınlaşıb.

Bununla da Bruno klubun əfsanəsi Ueyn Runinin rekordunu arxada qoyub. 20 dəfə penaltidən qol vuran sonuncu 28 cəhddən bunu bacarıb.

Namiq HUN

tag: Klub, Əfsanə, Yarımmüdafiə, Rekord, todaypress.az,