Fernandes ilk dəfə birbaşa qırmızı vərəqə aldı
İdman
30.09.2024 13:25
“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasının 6-cı turunda, “Tottenhem”lə matçda birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
TodayPress xəbər verir ki, o, futbolçu karyerasında keçirdiyi 616 peşəkar matçda ilk dəfə birbaşa qırmızı vərəqə alıb.
Matçın 41-ci dəqiqəsində topu qazanmağa çalışan Bruno yıxılarkən Ceyms Meddisona zərbə vurub. Portuqaliyalı futbolçu hakimin ona səhvən qırmızı vərəqə göstərdiyini düşünür.
“Mənim fikrimcə, bu, heç bir halda qırmızı vərəqə deyildi. Razıyam ki, bu kobudluqdur. Hakim mənə deməyə çalışdı ki, butsların altı ilə təmas olub. Amma yox, belə deyildi. Əgər əks hücumu pozduğum üçün mənə sarı vərəqə göstərmək istəyirdisə, razıyam. Amma bundan artıq heç nə yox idi” Fernandes bildirib.
Qeyd edək ki, Bruno Fernandes əvvəllər də meydandan qovulub. Amma bu, 2 sarı vərəqədən sonra baş verib.
30 yaşlı futbolçu 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm o, “qırmızı şeytanlar”ın heyətində 7 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Bruno Fernandes ,Mançester Siti ,Qırmızı Şeytanlar ,Tottenhem ,todaypress.az,