Fəridə Əzizova taekvondo millisinə təyinat aldı
İdman
31.10.2024 14:20
Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.
TodayPress xəbər verir ki, cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.
Milli komandanın sükanı arxasına veteran taekvondoçu Fəridə Əzizova keçib.
Xatırladaq ki, o, karyerası ərzində İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısı olub.
Namiq HUN
tag: Azərbaycan, Taekvando,Məşqçi, Fəridə Əzizova, Avropa, todaypress.az,