Fərid Qayıbov Mesut Özili qəbul etdi
İdman
11.10.2024 13:35
Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü, onun rəhbərlik etdiyi nümayəndə heyətini və Mesut Özili qəbul edib.
TodayPress xəbər verir ki, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.
Namiq HUN
tag: Gənclər ,İdman,Nazir,Fərid Qayıbov,Mesut Özil,Türkiyə,todaypress.az,