Fərid Qayıbov Macarıstanın Azərbaycandakı Səfiri ilə görüşdü

İdman

04.02.2025 18:50

Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Tamaş Yojef Tormanı qəbul edib.

TodayPress xəbər verir ki, görüş zamanı gənclər sahəsində mübadilə imkanları və idman sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Macarıstan Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə birinci baş katibi Monika Felföldi də iştirak ediblər.

tag: İdman,Nazir , Fərid Qayıbov,Macarıstan,Səfir,Tamaş Yojef Torman,todaypress.az,