Fergus Auld: “Azərbaycanlı cüdoçular Parisdə xarüqələr yaradır”

İdman

02.08.2024 09:37

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Paris Olimpiadasında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyevin performansını möhtəşəm adlandırıb.

TodayPress xəbər verir ki, səfir bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Cüdoçu Zelim Kotsoyev möhtəşəm performansı ilə Azərbaycanın medal hesabına ikinci qızılı əlavə etdi. Azərbaycanlı cüdoçular Parisdə xarüqələr yaradır”, deyə o qeyd edib.

Namiq HUN

tag: Fergus Auld,Paris, Azərbaycan, Zelim Kotsoyev, Cüdo, Böyük Britaniya, todaypress.az,