Ferdi Kadıoğlu Premyer Liqada ilkə imza atdı
İdman
19.09.2024 13:20
Futbol üzrə İngiltərə Kuboku çərçivəsində keçirilən "Brayton" - "Vulverhempton" (3:2) oyunu Ferdi Kadıoğlu üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, "Fənərbağça"dan "Brayton"a transfer olunan türkiyəli müdafiəçi yeni komandasında ilk qolunu vurub.
O, matça ehtiyat oyunçular skamyasında başlayıb.
82-ci dəqiqədə Yankuba Minteni əvəzləyən Kadıoğlu 3 dəqiqə sonra fərqlənib.
Bu Ferdi Kadıoğlunun “Brayton”un heyətində ikinci rəsmi matçında ilk qoludur.
Namiq HUN
tag: Ferdi Kadıoğlu, İngiltərə ,Brayton, Vulverhempton ,Transfer ,Yankuba Minten ,todaypress.az,