“Fənərbaxça”nın sabiq futbolçusu güllələndi

İdman

27.09.2024 09:46

Türkiyə millisinin və “Fənərbaxça” klubunun sabiq futbolçusu Serhat Akına silahlı hücum edilib. 

TodayPress xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.  

Sabiq hücumçu televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb. Açılan atəş futbolçunun  ayağına dəyib.

Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.

tag: Fənərbaxça ,Serhat Akın ,Atəş ,Əməliyyat ,Hadisə,Hücum ,todaypress.az,