"Fənərbaxça" və "Qalatasaray"ın ÇL-dəki rəqibləri bəlli oldu

İdman

05.08.2024 14:50

Türkiyə nəhənglərinin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

TodayPress xəbər verir ki, mübarizəyə pley-off mərhələsindən qoşulan “sarı-qırmızılar” İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək.

Turnirin 3-cü təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Fənərbaxça” isə rəqibini keçəcəyi təqdirdə, “Slavia Praqa” - “Yunion SJ” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları 20-21 avqustda, cavab görüşləri isə 27-28 avqustda keçiriləcək.

Nərmin Tuncay

tag: Türkiyə, Slavia Praqa, Fənərbaxça,Galatasaray, todaypress.az,