“Fənərbaxça” səfərdə inamlı qələbə qazandı

İdman

09.05.2025 23:50

8

Türkiyə Super Liqasında XXXV tura start verilib.

TodayPress xəbər verir ki, ilk gün 2 qarşılaşma baş tutub.

Liderdən 8 xal geri düşən "Fənərbaxça" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Azarkeşlər 5 qola şahidlik ediblər. Görüş qonaqların 4:1 hesablı darmadığını ilə yekunlaşıb.

Turun digər matçında isə "Alanyaspor" səfərdə "Qaziantepspor"u 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

tag: Türkiyə, Super Liqa,Fənərbaxça, Başakşəhər, todaypress.az,