"Fənərbağça"nın müdafiəçisi mövsümü erkən bitirdi

İdman

23.10.2024 19:05

"Fənərbağça" klubunun futbolçusu Ceyden Osdervolde mövsümü başa vurub.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo mətbuat konfransında məlumat verib.

Portuqaliyalı mütəxəssis UEFA Avropa Liqasının Liqa mərhələsində “Mançester Yunayted” komandası ilə keçirəcəkləri oyundan əvvəl jurnalistlərə müdafiəçinin zədəsinin ciddi olduğunu bildirib:

"Ceyden Osdervolde mayda 1-2 oyun üçün qayıtsa, sürpriz olacaq".

Qeyd edək ki, 23 yaşlı futbolçu 2023-cü ildən "Fənərbağça"da çıxış edir.

Namiq HUN

tag: Fənərbağça, Ceyden Osdervolde, İstanbul, UEFA, Liqa, todaypress.az,