"Fənərbağça"nın futbolçusu xəstəxanaya yerləşdirildi
Türkiyə təmsilçisi "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin orqanizmində infeksiya aşkarlandığı üçün o, xəstəxana şəraitində müalicə alacaq.
Qeyd edək ki, Mert Hakan Yandaş cari mövsüm "Fənərbağça"nın heyətində meydana çıxdığı 27 matçda 1 qol vurub.
tag: Futbolçu, Türkiyə, Fənərbağça, Xəstəxana, Mert Hakan, todaypress.az,