“Fənərbağça”nın futbolçusu "Hall Siti"də
İdman
23.01.2025 19:40
“Fənərbağça” klubunun yarımmüdafiəçisi Linkoln Enrike karyerasını İngiltərədə davam etdirəcək.
TodayPress xəbər verir ki, "Hall Siti" braziliyalı futbolçunu icarəyə götürüb. Bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.
Linkoln Enrike yeni klubunda mövsümün sonuna qədər çıxış edəcək.
Qeyd edək ki, orta xətt oyunçusu “Fənərbağça”ya 2022-ci ilin yayında Portuqaliyanın "Santa Klara" klubundan transfer olunub.
Namiq HUN
tag: Fənərbağça,Linkoln Enrike,Hall Siti,Çempionşip ,todaypress.az,