“Fənərbağça”nın Avroliqa oyunu təxirə salındı

İdman

19.12.2024 19:10

“Fənərbağça” basketbol klubunun bu gün Fransada “Paris” komandası ilə keçirməli olduğu Avroliqa matçı təxirə salınıb.

TodayPress İstanbul təmsilçisinə istinadən xəbər verir ki, buna “Paris” komandasında yoluxucu xəstəliyin yayılması səbəb olub.

Paris təmsilçisinin heyətində meydana çıxa biləcək basketbolçuların sayının 8 nəfərdən az olduğu bildirilib. 

Namiq HUN

tag: Fənərbağça,Basketbol,Klub,Fransa,Paris,Avroliqa,todaypress.az,