“Fənərbağça”da ciddi itki

İdman

07.03.2025 17:46

735

“Fənərbağça” klubunun futbolçusu Çağlar Söyüncü zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq.   

TodayPress “Fanatik”ə istinadən xəbər verir ki, müdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. 

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Reyncers” klubuna qarşı ilk oyunda sıradan çıxıb. 

Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma "Fənərbağça"nın 1:3 hesablı məğlubiyyəti ilə bitib.   

Namiq HUN

tag: Fənərbağça,Çağlar Söyüncü,Zədə,Klub,Todaypress.az,