“Fənərbağça” Yussuf En-Nesiri ilə müqavilə imzaladı
İdman
25.07.2024 16:10
“Fənərbağça” klubu Mərakeş millisinin futbolçusu Yussuf En-Nesirini heyətinə qatıb.
TodayPress xəbər verir ki, “Sevilya” klubundan transfer olunan hücumçu ilə 5 illik müqavilə imzalanıb.
27 yaşlı futbolçunun keçidi İstanbul nəhənginə 19.5 milyon avroya başa gəlib.
Qeyd edək ki, 2020-ci ildən “Sevilya”da oynayan Yussuf En-Nesiri İspaniyanın “Malaqa” və “Leqanes” klublarının da formasını geyinib.
O, Mərakeş yığma komandasında keçirdiyi 67 oyunda 20 qol vurub.
Namiq HUN
tag: Fənərbağça, Mərakeş, Yussuf En-Nesiri, Sevilya, İstanbul, todaypress.az,