“Fənərbağça” yarımmüdafiəçisini itirdi
İdman
05.11.2024 13:40
"Fənərbağça"nın futbolçusu İrfan Can Kahveci zədələnib.
TodayPress xəbər verir ki, Super Liqanın XI turunda “Trabzonspor”la matçdan sonra yarımmüdafiəçinin əzələsində yırtıq aşkarlanıb.
29 yaşlı futbolçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
İrfan Can Avropa Liqasının Liqa mərhələsində “AZ Alkmaar”la görüşü, Super Liqada isə “Sivasspor” və “Kayserispor”la matçları buraxacaq.
Qeyd edək ki, orta xətt oyunçusu bu mövsüm İstanbul təmsilçisinin heyətində 15 oyuna çıxıb. O, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Fənərbağça,İrfan Can Kahveci,Trabzonspor,AZ Alkmaar,todaypress.az,