“Fənərbağça” və “Anadolu Efes” məğlub oldu

İdman

16.10.2024 09:46

Basketbol üzrə Avropa Liqasının III turunda Türkiyə təmsilçiləri – “Fənərbağça” və “Anadolu Efes” xal itkisi ilə üzləşiblər. 

TodayPress xəbər verir ki, “Fənərbağça” doğma meydanda Serbiyanın “Srvena Zvezda” klubuna (57:76), “Anadolu Efes” isə İsraildə “Makkabi Tel-Əviv”ə (91:93) hesabı ilə uduzub.

İspaniyada “Baskoniya” basketbolçuları “Real Madrid” klubuna (76:72) qalib gəlib. 

Avroliqanın iddialı klublarından sayılan Serbiya “Partizan”I isə evdə “Bavariya” (86:78) ilə qarşıdurmadan üstün ayrılıb.

Turun digər matçlarında “Alba Berlin” (Almaniya) “Lion-Villeurbanne”yi (Fransa) 84:79, “Olimpiakos” (Yunanıstan) “Olimpia Milano”nu (İtaliya) 89:68, “Paris” (Fransa) “Panatinaikos”u (Yunanıstan) 84:80, “Jalgiris Kaunas” (Litva) “Virtus Bolonya”nı (İtaliya) 71:68 hesabı ilə məğlub edib.

Namiq HUN

tag: Anadolu Efes ,Fənərbağça ,İspaniya, Baskona, Real Madrid ,todaypress.az,