"Fənərbağça" ulduz futbolçuya təklif göndərdi
“Fənərbağça” “Tottenhem” klubunun futbolçusu Son Hın Min üçün təklif göndərib.
TodayPress xəbər verir ki, cənubi koreyalı hücumçu mövsümün sonunda komandası ilə yollarını ayıracaq.
Istanbul təmsilçisi Səudiyyə Ərəbistanı komandalarının da marağında olan 32 yaşlı futbolçunu heyətində görmək istəyir.
Qeyd edək ki, 2015-ci ildən “Tottenhem”də çıxış edən Son Hın Min cari mövsüm London təmsilçisinin heyətində 40 rəsmi matçda iştirak edib.
Namiq HUN
tag: Son Hın Min,Tottenham,Fənərbağça,Futbol,Təklif,Transfer,Todaypress.az,