“Fənərbağça” üç müdafiəçisini itirdi
“Fənərbağça” klubu Türkiyə kubok turnirində zədələnən futbolçularının durumunu açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi Türkiyə Kubokunun qrup mərhələsində “Ərzurumspor”la II tur matçında 3 müdafiəçisini itirib.
Arxa xətt oyunçularından Dieqo Karlos 1-1,5 ay, Aleksandr Ciku 2 həftə, Yusuf Akçicek isə 10 gün yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Fənərbağça” – “Ərzurumspor” qarşılaşması meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: İdman,Futbol,Fənərbağça,Ərzurumspor,Todaypress.az,