“Fənərbağça” Taliskanı rənglərinə qatdı

İdman

29.01.2025 10:43

2152

“Fənərbağça” klubu “Əl-Nəsr”in yarımmüdafiəçisi Anderson Taliskanın transferini açıqlayıb.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.

30 yaşlı futbolçu "Əl-Nəsr"də 78 oyunda 62 qol vurub.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Beşiktaş”ın formasını geyinən Taliska Türkiyə çempionu titulunu qazanıb. 

Namiq HUN

tag: İdman,Futbol,Fənərbağça,Əl-Nəsr,todaypress.az,