“Fənərbağça” Taliska ilə anlaşdı

İdman

20.12.2024 16:47

“Fənərbağça” klubu braziliyalı hücumçu Anderson Taliskanı heyətinə qatıb. 

TodayPress “Devre” nəşrinə istinadən xəbər verir ki, forvard İstanbul təmsilçisinin heyətində ilinə 9 milyon avro məvacib alacaq. 

Bundan başqa Taliska vurduğu hər beş qola görə 500 min avro bonus qazanacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2021-ci ildən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun uğurları üçün top qovurdu.

Namiq HUN

tag: Devre ,İstanbul, Anderson Taliska, Avro, Bonus ,todaypress.az,