“Fənərbağça” “Partizan”a qalib gəldi
İdman
02.11.2024 09:25
Basketbol üzrə Avropa Liqasının VII turunda “Fənərbağça” doğma meydanda Serbiyanın “Partizan” klubunu qəbul edib.
TodayPress xəbər verir ki, görüş İstanbul təmsilçisinin 89:72 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin digər klubu “Anadolu Efes” də turu qələbə ilə bitirib. İstanbullu basketbolçular Almaniyada “Alba Berlin”i 86:70 hesabı ilə məğlub ediblər.
Namiq HUN
tag: Basketbol, Liqa, Fənərbağça, İstanbul, Türkiyə, todaypress.az,