“Fənərbağça” Mülleri hədəfə aldı

İdman

10.04.2025 15:43

7

“Bavariya” klubunun futbolçusu Tomas Müller karyerasını “Fənərbağça”da davam etdirə bilər.   

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo 35 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. 

“Fənərbağça” təcrübəli futbolçuya birillik müqavilə təklif etməyə hazırdır. 

Qeyd edək ki, Müller Münhen təmsilçisini azad agent kimi tərk edəcək.

Tomas cari mövsüm “Bavariya”nın heyətində yer aldığı 24 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Fənərbağça,Tomas Müller,Bavariya,Transfer,Todaypress.az,