“Fənərbağça” Karlos ilə anlaşdı
İdman
20.01.2025 17:35
“Fənərbağça” futbol klubu “Aston Villla”da çıxış edən Dieqo Karlos ilə anlaşıb.
TodayPress xəbər verir ki, 31 yaşlı braziliyalı müdafiəçi transferi tamamlamaq üçün bu gecə İstanbula gələcək.
Karlosun keçidi “Fənərbağça”ya 10 milyon avrodan artıq başa gələcək.
Dieqo Karlos cari mövsüm “Aston Villa”nın heyətində 17 oyunda meydana çıxıb.
Namiq HUN
tag: Fənərbağça, Futbol, todaypress.az,Dieqo Karlos, Aston Villa,