“Fənərbağça” Joze Mourinyonu bu cür qarşıladı

İdman

03.06.2024 11:03

“Fənərbağça” futbol klubu portuqaliyalı mütəxəssisin baş məşqçi postuna təyin olunduğunu açıqlayıb. TodayPress xəbər verir ki, Joze Mourinyo İstanbulun "Şükrü Saraçoğlu Stadionu"nda 45 min azarkeş qarşısında 2+1 illik rəsmi müqavilə imzalayıb. “Xüsusi” təyinatından sonra duyğularını bölüşüb. 

“Sevginiz üçün sizə təşəkkür etmək istəyirəm. Adım “Fənərbağça” ilə hallanmağa başladığı andan bu sevgini hiss etdim. Adətən məşqçilər qələbələrdən sonra sevilir. Bu mənim üçün böyük məsuliyyətdir. Sizə söz verə bilərəm ki, bundan sonra mən sizin ailənizin bir hissəsi olacağam. Bu köynək mənim dərimdir. Futbol ehtirasdır və bu ehtirası hiss etmək üçün daha yaxşı yer yoxdur” deyə Mourinyo bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssisə verəcəyi maaş barədə məlumat verməyib.

Mourinyonun əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub. Italiya klubu Portuqaliyalı çalışdırıcının rəhbərliyi altında UEFA Konfrans Liqasının qalibi olmaqla yanaşı, Avropa Liqasının finalında da çıxış edib. 

Namiq HUN

tag: Fənərbağça, Futbol, Joze, Mourinyo, todaypress.az,