"Fənərbağça" İsveçrədən qələbə ilə qayıtdı

İdman

24.07.2024 09:00

1715

Türkiyənin "Fənərbağça" futbol klubu yeni mövsüm Çempionlar Liqası turnirinə qələbə ilə başlayıb. 

TodayPress xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda İsveçrədə "Luqano" komandası ilə qarşılaşıb. 

"Stokhorn Arena"da baş tutan görüş “sarı kanaryalar”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Fənərbağça”nın heyətində Edin Ceko het-trik edib. Digər qolu isə Fərdi Kadıoğlu vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da İstanbulda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq.

Namiq HUN

tag: Fənərbağça, Türkiyə, İstanbul, Fərdi Kadıoğlu, Stokhorn Arena, todaypress.az,