“Fənərbağça” ingiltərəli vinqerlə vidalaşdı
“Fənərbağça” klubu futbolçu Rayan Kentlə yollarını ayırıb.
TodayPress xəbər verir ki, İstanbul təmsilçisinin saytı məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rayan Kent ötən ilin yayında “Fənərbağça”ya keçib. O, bu müddət ərzində meydana çıxdığı 19 rəsmi matçda 1 qol vurub.
Namiq HUN
tag: Fənərbağça, Rayan Kent, İstanbul, Matç, todaypress.az,