“Fənərbağça” “Dördlər finalı”nda

İdman

30.04.2025 10:55

5

“Fənərbağça” basketbol klubu Avropliqa turnirində “Dördlər finalı”na yüksələn ilk komanda olub.   

TodayPress xəbər verir ki, İstanbul təmsilçisi pley-off seriyasında “Paris” klubunu mübarizədən kənarlaşdırıb. 

“Fənərbağça” hər 3 oyunda fransalı basketbolçuları məğlub edib (83:78, 89:72, 98:88).   Türkiyənin turnirdəki digər təmsilçisi, “Anadolu Efes” klubu vəsiqə uğrunda “Panatinaikos”la (1:1) mübarizə aparır.   

Pley-offun digər cütlərində isə “Olimpiakos” “Real”la (seriyada 2:1), “Monako” “Barselona” (2:0) ilə qarşılaşır. 

“Dördlər finalı” mayın 23-25-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq.   

Namiq HUN

tag: Fənərbağça,Basketbol,Oyun,Qələbə,Todaypress.az,