”Fənərbağça” ÇL-in III təsnifat mərhələsinə yüksəldi

İdman

31.07.2024 09:26

“Fənərbağça” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edib.

Matç "sarı-lacivərdlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş məşqçi Joze Mourinyonun komandası III raundda Fransanın “Lill” kollektivi ilə qarşılaşacaq.

Namiq HUN

tag: Fənərbağça, Joze Mourinyo, Fransa, Lill, UEFA, todaypress.az,