“Fənərbağça” Çempionlar Liqasında mübarizəni dayandırdı

İdman

14.08.2024 09:52

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

TodayPress xəbər verir ki, İstanbul nəhəngi doğma meydanda Fransanın “Lill” komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk görüşdən Liqa 1 təmsilçisi 2:1 hesabı ilə üstün ayrıldığı üçün adını pley-off mərhələsinə yazdırıb.

Mərhələni adlaya bilməyən “Fənərbağça” isə UEFA Avropa Liqasının pley-offuna düşüb.

 Namiq HUN

tag: Türkiyə, Fənərbağça, UEFA, Fransa, Avropa, todaypress.az,