“Fənərbağça” - “Beşiktaş” matçı baş tutmadı
İdman
03.10.2024 09:46
Qadınlar arasında FIBA Superkubok matçı yarımçıq dayandırılıb.
TodayPress xəbər verir ki, buna səbəb “Fənərbağça” və “Beşiktaş” azarkeşlərinin meydana partlayıcı maddələr atması olub.
1 dəqiqə 56 saniyə davam edən oyun təhlükəsizlik səbəbindən dayandırılıb. Basketbolçular soyunub-geyinmə otağına yollanıb, azarkeşlər isə arenadan təxliyyə olunub.
Namiq HUN
tag: Qadınlar ,FIBA ,Superkubok ,Beşiktaş ,Azarkeşlər ,todaypress.az,