“Fənərbağça” Avroliqada ardıcıl 4-cü qələbəsini qazandı
İdman
18.01.2025 13:45
“Fənərbağça” basketbol klubu Avropa Liqasının XXII turunda növbəti qələbəsini qazanıb.
TodayPress xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Litvanın “Jalgiris” klubuna 98:86 hesabı ilə qalib gəlib.
Ardıcıl 4-cü oyunda meydandan qalib ayrılan “sarı-lacivərdlilər” ümumilikdə 14-cü qələbələrini bayram ediblər.
“Anadolu Efes” isə səfərdə “Barselona” klubuna 90:80 hesabı ilə uduzub.
Ardıcıl 5-ci oyunda xal itkisi ilə üzləşən Türkiyə təmsilçisi, ümumilikdə 12-ci məğlubiyyətini alıb.
Günün digər qarşılaşmalarında “Baskonia” (İspaniya) ”Panatinaikos”dan (Yunanıstan) 91:77, “Boloniya” (İtaliya) “Bavariya”dan (Almaniya) 82:72, “Srvena Zvezda” (Serbiya) isə “Monako”dan (Fransa) 88:82 hesabı ilə üstün olub.
Namiq HUN
tag: Türkiyə, Futbol, Fənərbağça, İdman, todaypress.az,