“Fənərbağça” Avroliqa tarixinin rekordunu yenilədi

İdman

04.03.2025 14:33

1173

Basketbol üzrə Avropa Liqası turnirində XVII turdan təxirə salınmış görüş keçirilib.   

TodayPress xəbər verir ki, “Fənərbağça” klubu Fransada “Paris” komandasının qonağı olub.   

Görüş İstanbul təmsilçisinin 87:83 hesablı qələbəsi ilə başa çatıb.

“Fənərbağça” matçın ilk iki periodunda hesabda geri düşməsinə baxmayaraq, növbəti hissələrdə təşəbbüsü ələ alaraq, vəziyyəti öz xeyirlərinə dəyişə bilib.

Sonuncu periodda 29 hücum ribaundu götürən “sari-lacivərdlilər” həm klub, həm də Avroliqa tarixinin rekordunu yeniləyiblər. 

Qeyd edək ki, müntəzəm mövsümün ikincisi olan “Fənərbağça” növbəti mərhələyə vəsiqəni təmin edib.   

Namiq HUN

tag: Fənərbağça,Paris,Basketbol,Qələbə,Todaypress.az,