“Fənərbağça” Avroliqa ilə vidalaşdı
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Reyncers” evdə “Fənərbağça”nı qəbul edib.
TodayPress xəbər verir ki, Qlazqo qarşılaşmasıın əsas vaxtı İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Fənərbağça”nın heyətində Sebastian Şimanski dubla imza atıb. Tərəflər arasında ilk oyun Şotlandiya təmsilçisinin 1:3 hesablı səfər qələbəsi ilə başa çatdığına görə, cütün qalibini müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Komandalar əlavə edilmiş 30 dəqiqədə hesabı dəyişə bilməyincə matçın taleyini penalti seriyası müəyyənləşdirib.
Penalti zərbələrini daha dəqiq yerinə yetirən “Reyncers” adını növbəti mərhələyə yazdırıb.
“Reyncers”lə yanaşı iki oyunun nəticəsinə görə, “Lion”, “Mançester Yunayted”, “Tottenhem”, “Atletik”, “Ayntraxt”, “Latsio” və “Bodo-Qlimt” komandaları da 1/4 final mərhələsinə adlayıblar. Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə 17-də keçiriləcək.
Namiq HUN
tag: Fənərbağça,Reyncers,Futbol,Avroliqa,Todaypress.az,