“Fənərbağça” Arda Güleri geri qaytarır?

İdman

10.10.2024 12:30

Joze Mourinyo “Real Madrid”in futbolçusu Arda Gülerin “Fənərbağça”ya transferini istəyir. 

TodayPress “Diario AS”a istinad ilə xəbər verir ki, portuqaliyalı mütəxəssis türk ulduzun transferini rəhbərlikdən tələb edib.   

O, yarımmüdafiəçini icarə əsasında komandasında görmək istəyir. 

Məlumatda bildirilir ki, İstanbul klubunun idman direktoru Mario Branko artıq futbolçu ilə bağlı Madrid təmsilçisi ilə danışıqlara başlayıb. 

“Fənərbağça”nın prezidenti Ali Koçun da gənc ulduzu İstanbula qayıtmağa razı salmaq üçün danışıqlara qatıla biləcəyi bildirilir.  Xatırldaq ki, Arda Gülər 2023-cü ilin yayında “sarı-lacivərdlilər”dən “kral klubu”na transfer edilib. 

Namiq HUN

tag: Fənərbağça,Real Madrid,Arda Güler,Mario Branko,Todaypress.az,