"Fənərbağça" Amrabatı heyətinə qatdı
İdman
30.08.2024 17:16
Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
TodayPress xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Sofyan Amrabatı transfer edib.
Mərakeş millisinin üzvü müqavilə ilə "Fiorentina" klubuna məxsus olsa da, ötən mövsümü icarə əsasında "Mançester Yunayted"də keçirib. 27 yaşlı futbolçu "qırmızı şeytanlar"ın heyətində 30 matçda meydana çıxıb.
Namiq HUN
tag: Fənərbağça, İdman, İstanbul, Klub ,Mərakeş,Mançester Yunayted,Fiorentina, todaypress.az,