Felipe Melo 41 yaşında futbolçu karyerasını bitirdi
İdman
25.01.2025 05:34
"Qalatasaray"ın sabiq futbolçusu Felipe Melo qərarını
verib.
TodayPress xəbər verir ki, o,
karyerasını başa vurub.
Bunu
yarımmüdafiəçinin özü açıqlayıb. Onun son klubu Braziliya
"Fluminense"si olub.
41 yaşlı Melo
sosial şəbəkə hesabında vida paylaşımı edib:
"Bu gün
həyatımın ən önəmli bölümlərindən birini - futbolçu karyeramı sonlandırıram.
İllər ərzində mübarizə və zəfərlə dolu inanılmaz anlar yaşadım. Yaşadığım hər
şey, hər an Tanrının əliylə yönləndirildi və sevdiyim işlə məşğul ola bildiyim
üçün ona sonsuz dərəcədə minnətdaram.
Oynadığım bütün
klublara, bu yolda enerji qaynağım olan azarkeşlərə, komanda yoldaşlarıma,
karyeramda iz buraxan hər kəsə, mənə hər zaman inanan ailəmə və Tanrıya
təşəkkür edirəm".
Qeyd edək ki,
Melo "Flamenqo", "Qremio", "Kruzeyro",
"Malyorka", "Rasinq", "Almeriya",
"Fiorentina", "Qalatasaray", "Yuventus",
"İnter", "Palmeyras" və "Fluminense" klublarının
formasını geyinib. O, həmçinin Braziliya millisinin də şərəfini qoruyub.
tag: Felipe, Rasinq, Almeriya, Qalatasaray,Futbolçu, todaypress.az,