Feliks “Milan”la razılaşdı

İdman

04.02.2025 18:30

İtaliya A Seriyası təmsilçilərindən “Milan” heyətini gücləndirməyə davam edir.

TodayPress xəbər verir ki, komanda “Çelsi”dən Joao Feliksi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu mövsümün sonuna kimi İtaliya təmsilçisinin şərəfini qoruyacaq.

Tərəflər arasında razılaşmaya əsasən, “Milan” qarşı tərəfə 5,5 milyon avro ödəniş edəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm “zadəganlar”ın heyətində iştirak etdiyi 20 matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

tag: İtaliya ,A Seriyası,Milan,Çelsi,Joao Feliks,todaypress.az,