Federasiya prezidenti vəzifəsindən azad edildi
İdman
29.11.2024 12:20
Bruney Futbol Assosiasiyasının prezidenti Faysal Yusoff tutduğu vəzifədən azad edilib.
TodayPress qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq fərmanı Bruney sultanı Hassanal Bolkiah imzalayıb.
Yusofun istefasına səbəb “ölkə qanunlarının pozulması” olub.
Amma əsas səbəb kimi Rusiya yığmasının yoldaşlıq görüşündə Bruney yığmasını 11:0 hesabı ilə məğlub etməsi göstərilir.
Namiq HUN
tag: Bruney, Hassanal Bolkiah, Yusof, Rusiya, todaypress.az,