Federasiya prezidenti istefa verdi
İdman
22.11.2024 18:15
Avstriya Futbol Assosiasiyasının (ÖFB) prezidenti Klaus Mitterdorfer istefa verib.
TodayPress xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib.
Avstriya millisi UEFA Millətlər Liqasının 2024/25 mövsümündə B Liqasının 3-cü qrupunda ikinci yeri tutub.
Klaus Mitterdorfer ölkə futbolunun onun rəhbərliyi altında uğur qazanmadığını düşünərək belə bir addım atıb:
“Həmişə böyük mənzərəni görməyə, futbolun maraqlarına uyğun konstruktiv hərəkət etməyə və dəyərlərimə uyğun birləşdirici qüvvə olmağa çalışmışam. Sonuncunu edə bilmədim və buna görə nəticələr çıxarmağın, hesablaşmağın vaxtı gəldi. Ümid edirəm ki, Avstriya futbolunu gücləndirəcək, müsbət dəyişikliklər gətirəcək və onun inkişafına töhfə verəcək bir şeyi geridə qoya bilmişəm”.
Qeyd edək ki, Klaus Mitterdorfer 2023-cü ilin yayından bu vəzifədə işləyirdi.
Namiq HUN
tag: Federasiya, Prezident,Klaus Mitterdorfer , İstefa, UEFA, todaypress.az,