Federasiya futbolçunu ağır cəzalandırdı
Türkiyə millisinin və “Fənərbağça” klubunun sabiq futbolçusu Alper Potuk cəzalandırılıb.
TodayPress Şimali Makedoniya Futbol Federasiyasına istinadən xəbər verir ki, “Qostivar” klubunda çıxış edən vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.
Səbəb kapitan Alper Potukun “Qostivar”ın “Rabotniçki” ilə matçında hakim qərarlarına etiraz etmək məqsədi ilə komandaya oyun başa çatmazdan əvvəl meydandan çıxmaq, paltardəyişmə otağına getmək göstərişi verməsi olub.
Federasiya 34 yaşlı futbolçunun bu hərəkətini ağır cəzalandırıb.
“Qostivar” klubunun türk prezidenti Enes Usta da eyni cəzanı alıb.
Bundan başqa komandaya texniki məğlubiyyət verilib və aktivindəki 9 xal silinib.
Namiq HUN
tag: Alper Potuk,Cəza,Futbol,Komanda,Todaypress.az,