FCSB-nin daha bir futbolçusu zədələndi
İdman
16.01.2025 11:37
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan Rumıniyanın FCSB klubunun futbolçusu Vlad Kirikeş zədələnib.
TodayPress "Gsp.ro" nəşrinə istinadən xəbər verir ki, əzələsində problem aşkarlanan müdafiəçi komandanın Antalyadakı təlim-məşq toplanışını erkən tərk edib.
Müalicə üçün Belqrada yollanan 35 yaşlı rumıniyalı futbolçunun “Qarabağ”la matçda iştirakı sual altındadır.
Daha əvvəl yarımmüdafiəçi Darius Olarunun sol çiynindən xəsarət aldığı üçün iki ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” - FCSB matçı yanvarın 23-də, saat 21:45 -də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Namiq HUN
tag: Rumıniya, Vlad, Müdafiəçi, Xəsarət ,todaypress.az,