FCSB Kiyev “Dinamo”suna məğlub oldu
İdman
13.01.2025 10:50
Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan Rumıniyanın FCSB klubu Antalyada qış təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
TodayPress xəbər verir ki, Buxarest təmsilçisi Kiyev “Dinamo”su ilə qarşılaşıb.
Yoldaşlıq oyunu Ukrayna təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Dinamo”nun heyətində Vitali Buyalski dubl edib. Buxarestlilərin yeganə qolunu isə David Miçulesku vurub.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək “Qarabağ” – FCSB oyunu saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Ukrayna, Dinamo, Liqa, Buxarest ,todaypress.az,