FCSB hücumçu transfer etdi
İdman
03.09.2024 12:40
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibi olan Rumıniyanın FCSB komandası heyətini gücləndirib.
TodayPress xəbər verir ki, Buxarest təmsilçisi hücumçu Daniel Birligeanı heyətinə qatıb.
24 yaşlı rumıniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Onun keçidi üçün FCSB ÇFR klubuna 15 milion avro ödəyib.
Qeyd edək ki, Elias Karalambousun komandası UEFA Avropa Liqasının VII turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Bu komandalar arasında matç yanvarın 23-də keçiriləcək.
Namiq HUN
tag: UEFA,Avropa Liqa ,Rumıniya ,FCSB, Daniel Birligean, Müqavilə, todaypress.az,