FCSB daha bir futbolçusunu itirdi
İdman
20.01.2025 13:35
UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan FCSB-nın zədəli futbolçularının durumuna aydınlıq gəlib.
TodayPress klubunun idman direktoru Mihay Stoykaya istinadən xəbər verir ki, Antalya toplanışında zədələndiyi üçün 3 ay meydanlardan kənar qalacaq Darius Olaruya daha bir futbolçu qoşulub.
Klub rəsmisi Oktavian Popeskunu da itirdiklərini deyib:
“Oktavian azı 2 ay oynamayacaq. Düzdür, zədə ilk baxışdan ciddi görünmür. Amma risk etmək istəmirik. Onun yaxşı formada tam hazır qayıtmasını istəyirik. Oktavianın mövqeyində Aleksandru Musi, Mihay Toma və Aleksandru Stoyan oynaya bilər".
Qeyd edək ki, “Qarabağ” – FCSB matçı yanvarın 23-də keçiriləcək.
Namiq HUN
tag: Qarabağ, UEFA, Avropa Liqası, FSCB,Futbol,İdman,todaypress.az,