Fatih Terim COP29-da təmsil olunacaq

İdman

14.11.2024 09:30

Türkiyəli futbol mütəxəssisi Fatih Terim Bakıya gələcək.

TodayPress xəbər verir ki, o, COP29-un tədbirlərində iştirak edəcək.

Terim "Qarabağ" futbol klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.

Namiq HUN

tag: Türkiyə, COP29, Bakı, Tədbir, Qarabağ, todaypress.az,