Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edildi
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 85 illiyi münasibətilə tədbir keçirilib.
TodayPress xəbər verir ki, mərasimdə yubilyarın adının ən uzun müddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub.
Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.
Nəticədə Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib.
O, 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara rəsmi sertifikatı təqdim edib.
Namiq HUN
tag: Faiq Həsənov,Ginnes Rekordlar Kitabı,Şahmat,Uğur,Todaypress.az,
