Eyyubov milli komandaya məşqçi təyin olundu
İdman
07.01.2025 11:51
Rəşad Eyyubov Azərbaycan milli komandasının məşqçisi təyin olunub.
TodayPress AFFA-nın saytına istinadən xəbər verir ki, o, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq.
R.Eyyubovla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib.
32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.
Namiq HUN
tag: Eyyubov ,Milli, Komanda ,Məşqçi, todaypress.az,